Viktor Orban Ərdoğanın qələbəsi üçün dua edirmiş

DÜNYA
14:19 / 02.06.2023
517

Macarıstanın baş naziri Viktor Orban Türkiyədəki prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsi üçün “çox dua etdiyini” deyib. 

HİT.az xəbər verir ki, baş nazir bu barədə Macarıstan mətbuatına danışıb.

"Bu (Ərdoğanın seçkilərdəki qələbəsi-red.) böyük rahatlıqla oldu. Düzünü desəm, mən təkcə prezidentin qələbəsini dəstəkləmədim, bunun üçün güclü və çox dua etdim. Əgər o, qalib gəlməsəydi, bu, bir faciə olacaqdı", deyə Orban bildirib.

Onun fikrincə, əgər Türkiyədə keçirilən prezident seçkilərində “Corc Sorosun adamı” qalib gəlsəydi, bu, Avropaya qaçqın axınının birdən-birə iki-üç milyon artması demək olacaqdı. 

Qeyd edək ki, bundan əvvəl Orban Ərdoğanın andiçmə mərasimində iştirak edəcəyini açıqlamışdı.

Xatırladaq ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. Ərdoğan 52 faizdən çox səslə qalib gəlib. Türkiyənin yenidən seçilmiş prezidentinin andiçmə mərasimi iyunun 3-də baş tuta bilər. Həmin gün Nazirlər Kabinetinin yeni tərkibinin açıqlanması planlaşdırılır.

Samir

0