“Evlilik Natavanla mənlik deyil”

MAQAZİN
14:54 / 02.06.2023
632

Müğənni Natavan Həbibinin keçmiş həyat yoldaşı, reper Dado hazırkı münasibətlərindən söz açıb.

OLAY yazır ki, sənətçi bununla bağlı “Səhərin səsi” verilişində danışıb:

“Münasibətimiz yaxşıdır, sağ olsunlar. Anası da, bacısı da övladımı padşah balası kimi böyüdürlər. Onların qarşısında baş əyirəm. Öz aramızda nə olub, olmayıb onu kənara qoyuruq. O mövzuların hamısı keçib. Tez-tez gedib-gəlirəm, bildirmirik. Arada sıxıntılar oldu, sonra bir-birimizi başa düşdük. Üçüncü şəxslərin müdaxiləsi də var idi. Sonda başa düşdük ki, evlənmək bizim kimi insanlar üçün deyil”.

Qeyd edək ki, onların bu evlilikdən bir oğlu dünyaya gəlib.

0