Daşkəsəndə 200 minlik abadlıq - İcra hakimiyyətlərinin sevimli şirkəti yenə qalib oldu

İQTİSADİYYAT
18:33 / 02.06.2023
557

Daşkəsən Rayon İcra Hakimiyyəti rayon ərazisində abadlıq-quruculuq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Hit.az xəbər verir ki, tenderin qalibi “Safari” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 226.231,96 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Safari” MMC 8 iyun 1999-cu ildə qeydiyyata alınıb. 
Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Qusar rayonu, Qusar şəhəri, Şərifov küçəsi, ev 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Verdixanov Mübariz Eygün oğludur.

"Safari” MMC 24 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində hər hansı məlumata rast gəlinmir.

Mübariz Verdixanov isə yerli mediada "tender kralı” kimi təqdim edilir. O, "Safari” MMC ilə yanaşı daha iki şirkətin qanuni təmsilçisidir. Bu şirkətlər "Safari Bak Upak” MMC və "Pioneer” MMC-dir.

Mediada "Safari Bak Upak” MMC-nin təsisçiləri kimi keçmiş deputat Asya Manafovanın qardaşı Mikayıl Manafovla keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun adı çəkilir.

Asya Manafovanın qardaşı Mikayıl Manafov o zaman 5 saylı Quba-Qusar Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin direktor müavini olub.

Mübariz Verdixanovun şirkətləri əsasən icra hakimiyyətlərinin keçirdiyi tenderlərin qalibi olur.

Anar

0