Kişi evə içkili gələn xanımını döydü

HADİSƏ
18:44 / 02.06.2023
857

Bakıda kişi qeyri-rəsmi birlikdə yaşadığı xanımını evə içkili gəldiyi üçün döyüb. 

Hit.az-ın məlumatına görə, hadisəyə görə 1980-ci ildə Bakı şəhər sakini İqor Valeri saxlanılıb. Onun barəsində protokol tərtib edilərək, məhkəməyə göndərilib. 

Məhkəmədə təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək göstərib ki, 2002-ci ildə Zenfira Ələkbərova (şərti) ilə qeyri-rəsmi ailə qurmuş və bu evlilikdən bir 17 yaşlı övladı vardır. 2023-cü il tarixdə yaşadıqları evdə aralararında Zenfira hər dəfə evə gələndə içki içməsinə etiraz etməsi səbəbindən aralarında ailə-məişət münaqişəsi zəminində baş vermiş mübahisə yaranıb. O, zərərçəkmiş şəxsi döyüb. 

Məhkəmədə Zenfira məhkəmə iclasında verdiyi ifadəsində göstərib ki, 2004-cü ildən təqsirləndirilən şəxslə qeyri-rəsmi ailə həyatı qurub.

2023-cü il tarixdə yaşadıqları evdə qeyri-rəsmi əri İqor Valery ona evə gələndə içkili gəlməsi səbəbilə nöqsan tutaraq, mübahisə etmiş, təpik və yumruqla döyüb. 

Ələkbərova, ərinin etdiyi əməlinə görə bağışladığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.

Məhkəmənin qərarı ilə, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 1.000 manat məbləğində cərimə növündə cəza təyin olunub.

Aydın

0