Bakıda hündürmərtəbəli binanın 3-cü mərtəbəsində telefona baxan gözdən əlilin telefonunu əlindən alıb qaçan qadın saxlanılıb.
Hit.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu, Cavadxan küçəsi 26 saylı binanın 3-cü mərtəbəsində baş verib.
Cinayəti törədən 1996-cı ildə Bakı şəhər sakini Kamilə (şərti) adlı qadın saxlanılıb. Barəsində protokol tərtib edilərək, iş məhkəmə göndərilib.
O, 5-ci mərtəbəndən aşağı düşən zaman binanın 3-cü mərtəbəsində bir nəfər 45-50 yaşlarında şəxsin əlində telefona baxdığını görüb. O, həmin şəxsə yaxınlaşıb əlindən telefonu alaraq pilləkənlərlə üzü aşağı qaçıb və hadisə yerini tərk edib.
Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs Adil (şərti) ifadəsində göstərib ki, evinin qapısında dayanıb özünə məxsus “Samsung Galaxy A02s” markalı mobil telefon ilə “Youtube” kanalında videolara baxıbr. O, 1-ci dərəcəli gözdən əlildir, gözləri zəif gördüyü üçün telefona yaxından baxıb. Bu zaman yuxarı mərtəbədən aşağı düşən tanımadığı bir qadın qəfil ona yaxınlaşaraq telefonunu əlindən alaraq iti sürətlə pilləkənlərlə aşağı doğru qaçmağa başlayıb. O, qadının arxası ilə səslənib qaçmağa başlayıb. Qadının arxası ilə 15-20 metr yəni binanın 1-ci mərtəbəsinə qədər giriş blokuna kimi qaçıb. Həmin qadın onun arxası ilə qaçdığını görüb sürətini artırmış, o isə qaranlıq olduğundan və gözləri zəif gördüyü üçün çox qaça bilməyib və dayanıb. O, həmin telefonu bir neçə ay bundan qabaq 300 manata alıb. Amma buna baxmayaraq təqsirləndirilən şəxsə qarşı şikayətçi deyil.
Məhkəmənin qərarı ilə, Kamilə Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Aydın