İlkin Süleymanovun vəkili bəraət hökmünə ümid edir

HADİSƏ
19:37 / 02.06.2023
684

Mayın 5-də 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanova hökm oxunacaq.

Bunu Hit.az-a açıqlamasında İlkin Süleymanovun vəkili Əlibaba Rzayev deyib. Vəkil İlkin Süleymanovun bu cinayətlə heç bir əlaqəsi olmadığını bildirib:

“Onu hadisəni birinci görən adam kimi həbs edib, sonra da işgəncə verib cinayəti boynuna qoyublar. İlkinlə görüşdüm, ümid sonda ölür deyirlər. Gözləyirik”.

Vəkilin sözlərinə görə, məhkəmə İlkin Süleymanova bəraət hökmü verməlidir.

Qeyd edək ki, prokuror İlkin Süleymanova 20 il həbs cəzası istəyib. Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Cinayət işi üzrə təqsirləndirilən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.

Azra

0