Klubları da, xanımları da tez-tez dəyişən futbolçu: Bakıya da gəlib - FOTO

MAQAZİN
14:21 / 03.06.2023
955

Lüksemburq millisi və Kiyev "Dinamo"sundakı çıxışlarından tanıdığımız Jerson Rodrigesin maraqlı həyat hekayəsi var. O, Kabo-Verdedən olan mühacir ailəsində anadan olub. Atasız böyüyüb və kiçik yaşlarından anasını itirib. Yenicə məktəbə gedən oğlanı nənəsi himayəyə götürüb.

Bir neçə il sonra nənəsi onu Lüksemburqa aparıb. Orada futbolla məşğul olmağa başlayıb. Daha sonra yolu Fransadan - "Mets"in akademiyasından düşüb. Amma burada da çox qalmayıb. 14 yaşında buradan qovulub. Bunun səbəbi qiymətlərinin zəif olması və davamlı olaraq davalarda iştirak etməsi idi.

Bundan sonra həyatı dəyişib. Bir müddət çətin yeniyetmələrin tərbiyəsi üçün xüsusi bir mərkəzə yollanıb. Burada dülgərlik peşəsini mənimsəyib.

Karyerası daim yüksələn qrafikdə olsa da, o heç bir klubda 1 mövsümdən artıq çıxış etməyib. Bunun səbəbi isə nizam-intizamsızlığıdır.

"Dinamo" onunla uzunmüddətli müqavilə bağlasa da, müxtəlif klublara icarəyə göndərib. Rodriges artıq Asiyaya üz tutub. Hazırda Səudiyyə Ərəbistanının "Əl Vahda" klubunun üzvüdür.

Karyerası kimi şəxsi həyatı da problemlidir. Kiyevdə yaşadığı müddətdə ukraynalı tennisçi Olqa Yançukla ailə həyatı qurub. Onların 2020-ci ildə övladı dünyaya gəlib. Ancaq münasibətləri uzun sürməyib.

Jerson Olqadan ayrıldıqdan sonra "Miss Lüksemburq 2020" yarışmasının qalibi Emili Boland ilə münasibət qurub. Bu macəra da qısa olub. Ayrıldıqdan qısa müddət sonra Emili döyülmüş şəklini yayımlayıb və Rodrigesi zorakılıqda ittiham edib.

Bundan əlavə, qız psixoloji zorakılıqdan şikayətlənib və belə kişilərdən uzaq durmağı tövsiyə edib. Rodrigus keçmiş sevgilisinin ittihamlarına cavab olaraq bildirib ki, onu qadınlar tərbiyə edib, ona görə də heç vaxt əks cinsə əl qaldıra bilməz.

Maraqlı məqam isə onun keçmiş həyat yoldaşı ilə bağlıdır. Olqa Yançuk Jersonla bağlı açıqlama verərək onu müdafiə edib. O bildirib ki, lüksemburqlu futbolçu münasibətlərinin 4 ili ərzində heç vaxt ona qarşı zorakılıq etməyib.

Qeyd edək ki, Jerson Rodriges Lüksemburq yığmasının heyətində Azərbaycana qarşı oynayıb və Bakıda keçirilən oyunda dubl edib. Azərbaycan yığması həmin oyunda məğlub olub - 1:3.

0