Azərbaycan Kubokunun final oyunu keçirilib.
Hit.az-ın məlumatına görə, “Neftçi” və “Qəbələ” arasında keçirilən görüşlə 2022/2023 mövsümünə yekun vurulub.
“Bakcell Arena”dakı matçın 90 dəqiqəsində qapılara qol vurulmadığından, daha 30 dəqiqə oynanılıb. Əlavə vaxtda bölgə təmsilçisi hesabı açıb. 102-ci dəqiqədə İsnik Alimi penaltidən fərqlənərək, “qırmızı-qaralar”ı önə keçirib. Bu, həm də qarşılaşmada vurulan yeganə qol olub.
Beləliklə, 1:0 hesablı qələbə qazanan “Qəbələ” tarixində 2-ci dəfə Azərbaycan Kubokuna yiyələnib. “Qırmızı-qaralar”, bunadək turnirdə yegənə uğuruna 2018/2019 mövsümündə nail olmuşdu. Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda 4 illik həsrətə son qoyub.