İlk dəfə insan nə vaxt xərçəng olub?

MARAQLI
12:22 / 04.06.2023
651

Tədqiqatçılar xərçəng əlamətlərini göstərən bir çox tarixdən əvvəlki qalıqları aşkar ediblər. Bundan əlavə, bu ölümcül xəstəliyin ilk qeydini qədim yazılı mənbələrdə tapıblar.

Lent.az xarici mediaya istinadən bildirir ki, araşdırmalara görə, xərçəngin ilk dəlili 1,7 milyon il əvvələ aid fosillərdə (fosil uzun müddət əvvəl yaşamış canlıların qalıqlarının təbii şərtlər altında qorunaraq dövrümüzə qədər çatan izidir-red.) tapılıb. Aşkar edilən qalıqlardan biri Paranthropus robustus və ya Homo ergaster növünə aiddir və sol barmağın sümüyündə bədxassəli şişin olduğunu göstərir.
 
Tədqiqatçılar, fosilləşmiş barmaq sümüyünün KT müayinələrini sümük əmələ gətirən hüceyrələrdə başlayan aqressiv bir xərçəng forması olan osteosarkomun müasir hallarının görüntüləri ilə müqayisə ediblər. Osteosarkomun gül kələminə bənzər fərqli bir formasını görüblər.

Osteosarkom bu gün insanlarda hər yaşda baş verə bilən, lakin ən çox uşaqlarda, yeniyetmələrdə və gənclərdə görülən ümumi bir sümük xərçəngidir. Tarixdən əvvəlki insanın yaşı bilinməsə də, tədqiqatçılar onun yetkin olduğunu düşünürlər.

Aydındır ki, xərçəngin sümüklərdə aşkarlanması orqanlarda, dəridə və daha sürətli parçalanmaya məruz qalan digər yumşaq toxumalarda olduğundan daha asandır. Bununla birlikdə, fosillərdə xərçəngin görünməsi üçün daha ətraflı araşdırma tələb olunur.

0