Türkiyəli məşhur müğənni Yusuf Güney sürpriz açıqlaması ilə diqqət çəkib.
HİT.az xəbər verir ki, müğənni son günlər uçan naməlum obyektlərin (UNO) görüntülərinin yayımlanmasına münasibət bildirib.
Yusuf Güney UNO-larla savaşa biləcəyimizi deyib:
"Bunlar manyakdır? Nə baş verir? Mən keçən il demişdim ki, onlar fevral ayından dünyaya gələcəklər. Yavaş-yavaş UNO-ların varlığına inanacağıq. Amma həqiqətləri deyil, durmadan saxta görüntüləri paylaşırlar. Məncə, 2024 və 2025-ci illərdə çox qəribə hadisələr yaşayacağıq. Hətta 2030-cü ildən sonra UNO-larla bağlı çox əcaib proseslər baş verəcək. Düşünürəm ki, saxta bir savaş belə ola bilər. Onları isə baş verəndə danışarıq".
Pərviz