MAQATE rəhbəri Şimali Koreya ilə bağlı həyacan təbili çalır

DÜNYA
16:41 / 05.06.2023
598

Şimali Koreyanın Punger nüvə poliqonu nüvə sınağına hazır olaraq qalır.

HİT.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi Vyanada iclasına başlayan agentliyin Rəhbərlər Şurasının qarşısında çıxışı zamanı bildirib.

"Mənim Şuranın 2023-cü ilin mart iclasındakı çıxışımdan bəri IAEA Şimali Koreyada nüvə proqramının monitorinqini davam etdirir. Punger nüvə poliqonu nüvə sınağına hazır olaraq qalır və biz 3 saylı Tunel yaxınlığında və Şimali Koreyada aktivlik əlamətlərini görməkdə davam edirik. Nüvə sınaq poliqonunun bərpası dərin narahatlıq doğurur”, deyə o bildirib.

Qrossi nüvə sınağının keçirilməsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu vurğulayıb.

"2023-cü ilin mart ayından etibarən agentlik nüvə obyektlərinin fasiləsiz fəaliyyətinin əlamətlərini və Yonbyondakı ərazidə tikinti işlərinin həcminin əhəmiyyətli dərəcədə artdığını görür. Şimali Koreyanın nüvə proqramının davam etdirilməsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır", deyə baş direktor bildirib.

“Ukrinform”un verdiyi xəbərə görə, MAQATE-nin baş direktoru Rafael Mariano Qrossi bildirib ki, üç ay ərzində İranın zənginləşdirilmiş uran ehtiyatları dörddə birdən çox artıb, hazırda İRA-da 100 kq-dan çox 60% zənginləşdirilmiş uran var.

Samir

0