Maşını 82 km/saatla sürdü, 121 min avro cərimə olundu - Görünməmiş olay

MARAQLI
22:09 / 06.06.2023
658

Finlandiyalı iş adamı Anders Viklof sürət həddi 50 km/saat olan yolda avtomobili 82 km/saat sürətlə sürdüyünə görə təxminən 121 min avroluq yol cəriməsi alıb.

HİT.az "Nya Aaland"a istinadən xəbər verir ki, oxşar cəzalar qayda pozuntusu edənlərin gəlirinə görə hesablandığı üçün Viklof 121 min avro cərimələnib.

Finlandiyanın Baltik dənizindəki muxtar bölgəsi olan Aaland adalarında yaşayan Viklof "Mən həqiqətən buna görə təəssüflənirəm", deyib.

"Nya Aaland"ın məlumatına görə, Viklof saatda 50 kilometr sürətlə getməli olan yolda 82 kilometr sürətlə hərəkətdə olarkən, polis onu saxlayaraq cərimə edib.

Cərimə ilə yanaşı, Viklofun sürücülük vəsiqəsi də 10 gün müddətinə müsadirə olunub.

Viklof 2018-ci ildə 63 min 680 avro cərimələnib, 2013-cü ildə isə 95 min avro ödəməli olub.

Aalandda anadan olan Viklof logistika, helikopter xidmətləri, daşınmaz əmlak, ticarət və turizm sektorlarında fəaliyyət göstərən holdinqin idarə heyətinin sədri vəzifəsini icra edir.

Samir

0