ABŞ-ın ən böyük investisiya bankının rəhbəri prezidentliyə namizəd olacaq?

DÜNYA
21:25 / 06.06.2023
459

ABŞ-ın ən böyük investisiya bankı olan "JPMorgan" icraçı direktoru Ceymi Dimonun örən çərşənbə günü prezidentliyə namizəd olmaq niyyətini ifadə etdikdən sonra açıqlama yayıb.

HİT.az xəbər verir mki, Dimonun planlarının şərh edildiyi bəyanatda onun "hazırkı rolundan çox məmnun olduğu" bildirilir.

"JPMorgan" açıqlamasında qeyd edilib ki, Ceymi Dimon bu vəzifəyə namizəd olmaq niyyətində deyil.

Lakin "JPMorgan" Dimonun bankı idarə etmək müddəti bitdikdən sonra dövlət xidmətinə başlamasını istisna etməyib. Bu barədə bank adından şirkətin sözçüsü Co Evangelisti məlumat verib.

Qeyd edək ki, keçən çərşənbə günü Dimon "Bloomberg"ə verdiyi müsahibədə dövlət vəzifəsinə namizəd olmaq fikrinin ağlından keçdiyini etiraf etmişdi.

Bank rəsmisi Co Evangelisti açıqlamasında "Onun keçmişdə dediyi kimi, Ceymi namizəd olmaq fikrində deyil. O, indiki rolundan çox razıdır", deyib.

Samir

0