Teymur əminin nəvəsinin pula ehtiyacı var! - FOTO

ÖLKƏ
12:19 / 08.06.2023
533

Mərhum Xalq artisti Teymur Mustafayevin nəvəsi, ictimai fəal gənc Teymur Mustafayev OLAY-a müraciət edib.

O bildirib ki, 2022-ci ilin martında ağır avtoyol qəzası keçirib və indiyə qədər bir çox yerlərdə müalicə alıb. Lakin uzunmüddətli reabilitasiyanın davamı üçün maddi dəstəyə ehtiyac var.

“Hazırda imkanım yoxdur, evdə müalicə alıram. Sonuncu dəfə Buzovnada xəstəxanada olmuşam, davam etdirməyə imkan olmayıb deyə evə gəlmişəm. 6-7 aydır ki, evdəyəm. Müalicəm üçün 100-150 min manat pul lazımdır. Ağır onurğa-beyin travması, əl və ayaqların iflic olması diaqnozu qoyulub. 

Ən azından cüzi məbləğ yığılsa da olar. Hansısa xəstəxanada, xəstəxanada olmasa belə evdə müalicəm davam etsin. Qohumlar, tanışlar yardım edirlər. Anamla birgə yaşayıram”, - deyə, Teymur OLAY-a açıqlamasında söyləyib.

Qeyd edək ki, T.Mustafayevin yenidən sağlamlığa qovuşması üçün onu bir neçə əməliyyat və reabilitasiya prosesi gözləyir.

0