Xalq artisti bu müğənnilər üçün yeni mahnılar yazıb - AÇIQLAMA

MƏDƏNİYYƏT
16:25 / 08.06.2023
671

Xalq artisti, bəstəkar Faiq Sücəddinov yeni mahnılar üzərində işləyir.

Bu barədə HİT.az-a onun özü məlumat verib. Bəstəkar bildirib ki, mahnılar tamaşaçılara yeni mövsümdə təqdim olunacaq:

“Bəzi mahnılar hazırdır, bəzilərinin isə üzərində işlər gedir. Oktyabr ayında onların hər biri iş birliyi qurduğum müğənnilərin ifasında təqdim olunacaq. Müğənni Arzu Əliyeva, Lalə Məmmədova, Gülay, Rəşad İlyasov, Zabitə Əliyeva və başqalarına yeni mahnı yazmışam. Hətta Rəşad İlyasova bir neçə mahnı yazmışam”.

Bəstəkar nəğməkar şair Baba Vəziroğlu ilə iş birliyinin davam etdiyini bildirib.

Azra

0