"Fuad Poladova çox adam kömək etmək istədi, amma qəbul etmədi" - Əməkdar artist

MƏDƏNİYYƏT
17:08 / 08.06.2023
737

“Fuad Poladov xəstəliyini qəbul edib, ölümünü gözləyən şəxslərdən biri olub”.

Bunu HİT.az-a Əməkdar artist İlqar Cahangir Xalq artisti, mərhum Fuad Poladovdan danışarkən deyib. Aktyor Fuad Poladovun ölümünə yaxın danışa bilmədiyini bildirib:

“Xərçəngə tutulan insan bilir ki, bunun bir zamanı var, 5 ay və ya bir il, vəssalam, yəni sonu yoxdur. Əgər bir insan biləndəki onda xərçəng xəstəliyi var, onu qəbul edib ölümünü gözləyirsə, xoşbəxt adamdır. Eyni zamanda böyük adamdır, onu adam bacarmır. Xəstəliyi olan bütün insanlar yaşamaq istəyir, belə adamlar heç kəsə əziyyət vermək, incitmək istəmir. Nə qədər ailəsi ona xoş baxsa belə, yenə kiməsə əziyyət vermək istəmir. Onun böyüklüyü də budur”. 

Aktyorun sözlərinə görə, Fuad Poladova xəstəliyi ilə bağlı çox insanlar kömək etmək istəyib, amma birini də qəbul etməyib:

“Hətta Türkiyəyə də aparmaq istəyənlər olub, amma birində də razı olmayıb ki, öz həkimlərimiz daha yaxşıdır. Çox heyif ki, belə bir sənətkarı vaxtsız itirdik”.

Azra

0