Haitidə son günlər yağan şiddətli yağışlar, sel və zəlzələlərin aclıq, şiddət və xəstəliklərlə mübarizə aparan ölkəyə daha da pis təsir göstərib.
Hit.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.
Ölkədə geniş ərazilərin silahlı dəstələrin nəzarətində olduğunu bildirən Qebreyesus, bu bölgələrdə ciddi təhlükəsizlik riskinin olduğunu bildirib.
"Haitidə 4,9 milyon insanın, əhalinin demək olar ki, yarısının bu il böhran səviyyəsində aclıqla üzləşəcəyi gözlənilir", deyə üst rəhbəri bildirib.
Samir