Müştərisi "Mover" MMC-dən dəymiş ziyanı tələb edir

İQTİSADİYYAT
22:43 / 08.06.2023
656

“Mover” MMC express logistika şirkəti məhkəməyə verilib.

Hit.az-ın məlumatına görə, şirkətin müştərisi olan Rəcəbov Racidin Abudinoviç mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərə görə şirkət barəsində məhkəmədə iddia qaldırıb.

Racidin Rəcəbov şirkətdən ona dəyən maddi ziyanın ödənilməsini tələb edir.

İşə Nəsimi Rayon Məhkəməsi hakim Natavan Tağıyevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Mover” MMC yükləri (bağlamaları) müxtəlif xarici ölkələrdən Azərbaycana gətirib sahiblərinə təslim edir.

Aydın

0