2023-cü ilin ilk 5 ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 8 milyard 415,8 milyon manat vergi daxil olub.
HİT.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayımlayıb.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 45% və ya 2,6 milyard manatdan çox artıb.
Dövlət Vergi Xidmətindən bildilib ki, qeyri-neft-qaz sektorunda daxilolmalar 4,6 milyard manat olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 17,8 faiz və ya 697,2 milyon manat artıb.
Gülnarə ƏMİRQIZI