Rusiya Yaponiyanı hədələdi: "Cavabsız qalmayacaq"

DÜNYA
16:09 / 09.06.2023
427

"Tokio təkcə Qərbin rusofobik kampaniyasına qoşulmayıb, həm də ona rəhbərlik etməyə çalışır, o cümlədən G7-nin hazırkı sədri kimi, onun belə bir qarşıdurma mövqeyi cavabsız qalmayacaq".

HİT.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Yaponiyadakı müvəqqəti işlər vəkili Gennadi Oveçko deyib.
 
"Yaponiyanın Rusiyaya münasibətinin daha da pisləşməsini təəssüf hissi ilə qeyd edirik. Biz görürük ki, Tokio nəinki Qərbin təşkil etdiyi rusofob kampaniyasına qoşulub, həm də "demokratiya tərəfdarları"na rəhbərlik etməyə çalışır, o cümlədən, G7-nin sədri kimi... Moskvaya təzyiqi artırmaq və Kiyev rejimini dəstəkləmək yolunu tutublar", deyə diplomat bildirib. 

Gennadi Oveçko xəbərdarlıq edib ki, “belə uzaqgörən qarşıdurma davranışı, şübhəsiz ki, əks tədbirlərsiz keçə bilməz. Bunu Rusiyanı pisləyənlər çox dərindən hiss edə bilər”.

Diplomat əlavə edib ki, Moskvaya təzyiqlər onun mövqeyini dəyişməyəcək: "Qərbin sanksiya təzyiqi, eləcə də Rusiyanı və onunla əlaqəli hər şeyi "ləğv etmək" cəhdləri uğursuzluğa məhkumdur və ölkəmizin siyasətini dəyişdirmək iqtidarında deyil. Bundan əlavə, bu cür hərəkətlər Vaşinqton və onun peykləri üzərində bumeranq olacaq".

Yaponiya daha əvvəl Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq edib. G7-nin sədri kimi Tokio bildirib ki, Moskvaya qarşı sanksiyaların saxlanması və Kiyevə dəstəyin davam etdirilməsi zəruri tədbirlərdir.

Samir

0