Daha bir partiya fəaliyyətini dayandırdı

SİYASƏT
19:10 / 10.06.2023
538

Azərbaycanın siyasi mühitini daha bir partiya tərk edib. 

HİT.az xəbər verir ki, Milli Həmrəylik Partiyası iyunun 9-da fəaliyyətini dayandırıb. Bununla da fəaliyyətini dayandıran partiyaların sayı 24-ə çatıb.

Qeyd edək ki, partiya 1992-ci ildə Demokratik Azərbaycan Dünyası Partiyası adı ilə Məmməd Əlizadə tərəfindən yaradılıb. 2020-ci ildə adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirilən partiyanın sədri Əlisahib Hüseynov idi.

0