"Fənərbağça" növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.
İstanbul təmsilçisi "Real"la (Madrid) qarşılıqlı anlaşaraq yollarını ayıracaq olan Eden Hazard ilə maraqlanır. Belə bir iddia ilə "O Jogo" nəşri məlumat yayıb. Mənbəyə görə, Braziliyanın bir neçə klubunun transfer siyahısında olan belçikalı ulduzun keçidində ən real namizədin "Fənərbağça" olduğu qeyd edilib.
Bildirilir ki, Eden Hazard gələcəyi ilə bağlı hələ ki, qərar verməyib.
32 yaşlı vingerin "Kral klubu" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.//Offsideplus.az