Gürcüstanda quduzluğa yoluxma halları kəskin artıb

DÜNYA
21:57 / 11.06.2023
388

Cari ildə Gürcüstanda heyvanlar arasında quduzluğa yoluxma halları kəskin artıb.

AZƏRTAC xəbər verir ki, cari ilin yanvar ayından may ayınadək 45 heyvanda quduzluq qeydə alınıb. Bu da 2022-ci ilin göstəricisindən 31, 2021-ci ilin göstəricisindən isə 40 fakt çoxdur.

Lakin, bunlar rəsmi qeydə alınmış faktlardır.

Quduzluq adətən daha çox yay fəslində yayılsa da bu il Gürcüstanda yoluxma yaz aylarından tüğyan etməyə başlayıb.

Bu il quduzluğa yoluxma ən çox Sameqrelo-Zemi-Svaneti bölgəsində qeydə alınıb və 17 fakt təşkil edib. Quduzluğa yoluxma ilə bağlı 14 fakt Raça-Leçxumi Kvemo Svaneti, 11 fakt İmereti bölgələrində qeydə alınıb. Bu il itlər arasında quduzluğa yoluxma paytaxt Tbilisidə də qeydə alınıb.

Quduzluğun əsasən sahibsiz itlər vasitəsilə yayıldığı bildirilir. Gürcüstan Ərzaq Agentliyi üzrə Milli Agentliyi xəstəliyə qarşı mübarizə məqsədilə 400 000 doza vaksin alıb. Lakin bunun az olduğu bildirilir və agentlik daha çox vaksin almaq, digər qabaqlayıcı tədbirlər görmək niyyətindədir.

Ölkə ərazisində quduz itlərin bir neçə dəfə təkcə heyvanlara deyil, insanlara da hücum etməsi faktı da qeydə alınıb.

0