"Bütün Avropada silah anbarları boşaldılıb və onları doldurmaq üçün 5 ildən 10 ilə qədər vaxt lazım olacaq".
HİT.az xəbər verir ki, bunu Slovakiyanın keçmiş baş naziri və Səs-Sosial Demokratiya Partiyasının lideri Peter Pelleqrini deyib.
"Silah anbarları bütün Avropada boşaldılıb, bütün ordular təchizatını artırmalı olacaq. Bu, 5-10 illik işdir", deyə pravda.sk portalı onun sözlərini sitat gətirib.
Siyasətçi düşünür ki, Slovakiya resurs çatışmazlığı səbəbindən daha Ukraynaya ciddi hərbi yardım göstərə bilməyəcək: "Artıq Slovakiyadan Ukraynaya irimiqyaslı hərbi yardım gözlənilmir".
Samir