Bu gün model sevgilisini döyən Ziyanın şikayətinə baxılacaq

HADİSƏ
10:47 / 12.06.2023
346

Bu gün model sevgilisi Razi Əliyevaya qarşı zorakılıqda ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Ziya Hüseynzadə məhkəmə qarşısına çıxarılır.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Məhkəmə iclası bir neçə dəqiqədən sonra başlayacaq.

Qeyd: Ziya Hüseynzadə ilk olaraq Razi Əliyevanın şikayəti əsasında tutulsa da, sonradan ona qarşı əlavə ittihamlar irəli sürülüb. Ona əzabvermə, xuliqanlıq, oğurluq, əmlakı məhv etmə və başqa maddələrlə cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxs ittihamları qəbul etmir, haqqında deyilənləri qarayaxma kampaniyası adlandırır.

Bundan əlavə, bu hadisə barədə məlumat yayılmazdan bir müddət əvvəl Ziya Hüseynzadənin rəhbərlik etdiyi “PKF Audit Azerbaijan” MMC ilə bağlı cinayət işi açılıb.

Şirkətin Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinə saxta sənədlər təqdim edərək külli miqdarda kredit götürdüyü iddia olunur.

0