Əkrəm İmamoğlu yenidən namizəd olmayacaq? - ŞOK AÇIQLAMA

DÜNYA
12:20 / 12.06.2023
542

Türkiyədə keçirilən seçkilərin ardından müxalifət düşərgəsində gərginlik yaşanmağa davam edir.

HİT.az xəbər verir ki, xüsusilə Cümhuriyyət Xalq Partiyasında (CHP) dəyişiklik istəyənlərin sayı durmadan artmaqdadır.

Onlar, girdiyi bütün seçkilərdə məğlub olan partiya sədri Kamal Kılıçdaroğlunun istefasını tələb edirlər. Onun yerinə keçmək üçün ən ciddi namizəd isə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğludur. İmamoğlu özü də bir neçə dəfə "CHP-də dəyişiklik olmalıdır" kimi mesajlar verərək, liderliyə iddialı olduğunu açıq şəkildə göstərib. Bu isə Kılıçdaroğlu ilə İmamoğlu arasında CHP sədrliyi uğrunda mübarizə getdiyi kimi şərh olunmağa başlayıb.

Son olaraq, Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı, professor Mehmet Şahin bu barədə diqqətçəkən fikirlər səsləndirib. O, "Ülke TV"-də qonaq olarkən, gələn il keçiriləcək bələdiyyə seçkilərində Əkrəm İmamoğlunun yenidən namizədliyinin verilməmə ehtimalının belə olduğunu deyib:

"Kamal Kılıçdaroğlunun fərqli bir özəlliyi var. O, Türkiyədə girdiyi bütün seçkiləri uduzan, amma CHP-dəki girdiyi bütün seçkiləri qazanan liderdir. Düşünürəm ki, CHP-ni Əkrəm İmamoğluna yar etməzlər. Bələdiyyə seçkilərində CHP-nin namizədlərində böyük sürprizlər yaşana bilər". 

Pərviz

0