Müəllimə verilən qızıl sırğa: Kimdir günahkar?

ÖLKƏ
12:31 / 12.06.2023
359

“Azərbaycanda elə müəllim var ki, şagirdindən bir gül belə götürmək istəmir”. 

Bunu HİT.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevaya valideynlərin qızıl hədiyyə etməsi ilə bağlı videogörüntüdən danışarkən deyib. 

Onun sözlərinə görə, mövcud vəziyyət müəllimə hədiyyə verməyin artıq bir ənənə halını almasından xəbər verir:

“Valideynlər müəllimlərə hədiyyə alırlar, təqdim edirlər və sosial şəbəkələrdə yayırlar. Bir növ özlərini cəmiyyətdə baha satmağa çalışırlar, amma anlamadıqları bir məsələ var: bu ucuzluqdur.

Burada günahın çoxu valideynlərdədir. Bir az müəllimdə də günah var. Valideynlər bəhsə girir sanki. Uşağına qiymət yaxşı yazılsın, müəllim uşağı fərqləndirsin deyə, onu müxtəlif üsullarla ələ almağa çalışırlar və nəticədə iradəsi zəif olanlar bu üsula boyun əyir, tədricən özü də prosesə qoşulur”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevaya valideynlər tərəfindən qızıl əşyalar hədiyyə etməsini özündə əks etdirən görüntülər yayılıb. Hazırda Yaqut Ağamalıyevanın son davranışı ilə bağlı araşdırma aparıldığı bildirilir. 

Azra

1