Azərbaycanda inflyasiya sürətlə aşağı düşəcək? - AÇIQLAMA 

İQTİSADİYYAT
14:22 / 12.06.2023
479

Azərbaycandakı inflyasiya səviyyəsi azalacaq.

Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi proqnoz verib.

Hesabatda Azərbaycanda ötən il 14% olan inflyasiya göstəricisinin bu il 12 faizə düşəcəyi qeyd olunub. 2025-ci ildə isə bu rəqəmin 5 faizə qədər geriləyəcəyi bildirilib.

Ümumiyyətlə, bu proqnozun reallaşma ehtimalı yüksəkdir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, istənilən proqnoz  bəlli şərtlər çərçivəsində verilir:

327896

"Qeyd olunan təşkilatın da proqnozları hal-hazırda Azərbaycanın iqtisadi artım proqnozlarına, eyni zamanda dünya iqtisadiyyatının iqtisadi artım və qlobal inflyasiya proqnozlarına uyğun bir şəkildə həyata keçirilir. Əgər indiki şərtlər davam edərsə, 2025-ci ildə Azərbaycandakı inflyasiya səviyyəsinin birrəqəmli həddə düşməsi mümkündür. Yəni Azərbaycanın iqtisadi artım göstəriciləri indi proqnozlaşdırılan kimi olarsa və qlobal inflyasiya səviyyəsi, enerji daşıyıcılarının qiymətləri ilə bağlı verilən proqnozlar özünü doğruldarsa, şübhəsiz ki, ölkəmizdəki inflyasiyanın birrəqəmli həddə düşmə ehtimalı böyükdür".

Lakin ekspert vurğulayıb ki, 2025-ci ilə qədər də kifayət qədər zaman var:

"Dünya iqtisadiyyatında çox şey dəyişə və konnikturada ciddi dəyişikliklər ola bilər. Ona görə də indidən qəti şəkildə bunun birrəqəmli həddə enəcəyini demək də doğru olmaz. Bu sadəcə bir proqnozdur və hər bir proqnoz kimi bu da bəlli şərtlər çərçivəsində verilib".

Pərviz

0