Stomatoloqu bıçaqlayan qonşusu barəsində qərar verildi

HADİSƏ
16:44 / 12.06.2023
708

Lənkəranda stomatoloqu bıçaqlamaqda təqsirləndirilən Nihad Malıyev məhkəmə qarşısına çıxarılıb.

HİT.az qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran Şəhər Məhkəməsi istintaq orqanının təqdimatını əsaslı hesab edib.

Qərara əsasən Nihad Malıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə iyunun 9-da qeydə alınıb. Nihat Malıyevin atası Cəlal Azadovun qardaşının çayxanasında xidmətçi işləyib, nöqsanlara görə işdən çıxarılıb. Mühabisə də bu məsələyə görə olub. Atasının işdən çıxarılmasına aydınlıq gətirmək üçün Nihad Malızadə çayxanaya gedib. Həmin vaxt çayxanada olan Cəlal Azadov Nihadı sakitləşdirməyə çalışıb və çayxanadan uzaqlaşdıraraq, öz maşını ilə evə aparmaq istəyib. Bu zaman Nihad Malızadə üzərində olan bıçaqla Cəlal Azadova 10-dan çox zərbə vurub.
Hadisə zamanı Cəlal Azadov idarəetməni itirərək qəza törədib.

Cəlal Azadov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, əməliyyat olunub.

0