Pep Qvardiola gələcəyi ilə bağlı qərar verdi

İDMAN
19:03 / 12.06.2023
671

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gələcəyi ilə bağlı qərar verib.

HİT.az "The Times"a istinadən xəbər verir ki, Çempionlar Liqasının finalında "İnter"ə qalib gələn ispaniyalı mütəxəssis karyerasında fasilə verməmək və İngiltərə klubu ilə müqaviləsini sona qədər davam etdirmək qərarına gəlib.

Baş məşqçinin "Mançester Siti" ilə hazırkı müqaviləsi 2025-ci ildə başa çatır.

Mənbənin sözlərinə görə, müqavilə başa çatdıqdan sonra Qvardiola mütləq “Mançester Siti”ni tərk edəcək. Üstəlik, məşqçinin klub futbolunda fəaliyyətinə son qoymaq qərarına gəldiyi iddia edilir.

Qvardiolanın bəzi milli komandalara rəhbərlik edərək özünü milli arenada sınamaq istədiyi bildirilir.

Xatırladaq ki, Pep Qvardiola böyük futbolda məşqçilik karyerasına 2008/09 mövsümündə "Barselona"da başlayıb. O, Kataloniya təmsilçisi ilə 4 mövsümdə 14 kubok qazanıb və klubunun tarixində ən uğurlu məşqçi olub.

Daha sonra ispan məşqçi karyerasına fasilə verib və 2013-2014-cü illərdə "Bavariya"ya rəhbərlik edib. Qvardiola Almaniya klubu ilə 7 kubok qazanıb.

2016-cı ildə Pep Qvardiola “Mançester Siti”yə keçib. İngiltərə klubunda işlədiyi dövr onun üçün karyerasında ən uğurlu dövrlərdən olub.

"Şəhərlilər"lə ispaniyalı 5 dəfə İngiltərə çempionluğunu (2017/18, 2018/19, 2020/21, 2021/22, 2022/23), 2 dəfə İngiltərə Kubokunu (2018/19, 2022/23), 2 dəfə İngiltərə Liqa Kubokunu (2017/18, 2018/19, 2019/20, 2020/21), iki dəfə FA Super Kubokunu (2018, 2019), 1 dəfə isə Çempionlar Liqasını (2022/23) qazanıb.

Ümumilikdə Pep Qvardiola karyerası ərzində 35 kubok qazanıb və bu göstəricidə “Dinamo”nun rumıniyalı məşqçisi Mirça Luçeskuya çatıb. Futbol tarixinin ən titullu məşqçisi karyerasında 48 kubok qazanan Aleks Ferqyusondur.

Samir

0