ABŞ Tayvandan öz vətəndaşlarını təxliyə etmək planları hazırlayır - KİV

DÜNYA
19:33 / 12.06.2023
466

ABŞ hökuməti Tayvanda yaşayan Amerika vətəndaşları üçün təxliyə planları hazırlayır.

HİT.az xəbər verir ki, bu barədə “The Messenger” məlumat yayıb.

Anonimlik şərti ilə danışan ABŞ kəşfiyyatının yüksək rütbəli rəsmisi deyib ki, evakuasiya üçün planlaşdırma ən azı altı aydır davam edir və “son iki ayda bu, intensivləşib”.

Rəsmi qeyd edib ki, bu cür hazırlıq “gərginliyin artması” ilə bağlıdır.

"Bu, xəbərlərdə oxuduqlarınıza bənzəmir. Qüvvələr güclənir. Çin Ukraynaya qarşı təcavüzü fonunda Rusiyaya bənzəyir", - o deyib.

Anonim həmsöhbət Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya müdaxiləsini “planlaşdırma üçün təkan” adlandırıb.

Qəzetin qeyd etdiyi kimi, ABŞ hökuməti evakuasiya hazırlıqlarını açıq şəkildə müzakirə etməyib və Dövlət Departamenti şərh tələbini rədd edib. Pentaqonun sözçüsü podpolkovnik Martin Miners də planları birbaşa şərh etməkdən imtina edib, lakin deyib: “Biz Tayvan boğazında münaqişənin qaçılmaz olduğunu görmürük”.

Mənbələrdən birinə görə, evakuasiyanın planlaşdırılması prosesi Tayvan hökuməti üçün həssas mövzu olduğu üçün gizli saxlanılır:

"Hətta (evakuasiya planı) haqqında danışmaq belə insanları nəyinsə baş verdiyini düşünməyə vadar edir. Bu sadəcə ehtiyatlı planlaşdırma olsa belə", Dövlət Departamentinin keçmiş rəsmilərindən biri deyib.

Samir

0