Berluskoninin mirası açıqlandı - MƏBLƏĞ

DÜNYA
21:45 / 12.06.2023
524

İtaliyanın keçmiş baş naziri və "Forza Italia" partiyasının qurucusu Silvio Berluskoninin mirası 4 milyard avro dəyərində qiymətləndirilir. 

Hit.az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti yazır.

O, bu gün 86 yaşında dünyasını dəyişib.

"Corriere della Sera"nın məlumatına görə, Silvio Berluskoni 1978-ci ildə yaratdığı "Fininvest" media qrupunun 61%-nə sahibdir. Şirkətin qalan səhmləri onun övladlarına məxsusdur. 

“La Repubblica” qəzeti “Fininvest”in səhmlərinin bazar dəyərini 2,9 milyard avro olaraq qiymətləndirir.

"Corriere della Sera"nın məlumatına görə, Berluskoni şirkətin son illərdəki fəaliyyətindən gündə 170 min avro qazanıb.

Bundan əlavə, İtaliyanın keçmiş baş nazirinin İtaliyada bir neçə villası, Roma və Milanda mənzilləri, "Audi A17", "Magnum 70" yaxtası, San Mauritsio və Principessa "Vai Via" yelkənli qayığı var. O, həmçinin "Monza" futbol klubunun sahibi idi.

 "La Repubblica" qeyd edir ki, miras Satispay və Soldo kimi bəzi rəqəmsal şirkətlərə, həmçinin üç təyyarə və bir vertolyota investisiyalar daxildir.

Aprelin əvvəlində pnevmoniya ilə xəstəxanaya yerləşdirildikdən sonra Silvio Berluskoniyə xroniki miyelomonositar leykemiya diaqnozu qoyuldu. Xəstəliklə əlaqədar olaraq kimyaterapiya kursu keçib. O, iyunun 9-da qəbul olunduğu Milanda San Raffaele xəstəxanasında bu gün vəfat edib.

Silvio Berluskoni dörd dəfə - 1994, 2001, 2005 və 2008-ci illərdə İtaliya hökumətinin başçısı olub. 2022-ci ilin sentyabrında Berluskoni Monza seçki dairəsindən Senata seçkilərdə qalib gəlib.

Samir

0