"Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində protokol tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, şirkət rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.
Maddənin tələblərinə əsasən, "Azəralüminium” MMC xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
Protokola Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılır. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğində cərimə cəzası gözləyir.
Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Maksim Cavadov Yaqub oğludur.