İsmayıllıda maşın ağaca çırpıldı, yaralılar var

ÖLKƏ
23:50 / 12.06.2023
340

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan HİT.az-a bildirilib ki, “VAZ-2107” markalı avtomobilin sürücüsü Şaiq Seyidovun idarəetməni  itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyib. 

Qılıncaq kəndi ərazisində  baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan sərnişinlər, Şamaxı regional Mühafizə Şöbəsinin mülki əməkdaşları Yalçın Nurəhmədli və Asiman Seyidov xəsarət alıblar. 

Xəstəxanada Y. Nurəhmədliyə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, Asiman Seyidovun isə müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, avtomobilin sürücüsü mülki şəxs olub.

0