Sumqayıt Dövlət Dram Teatrı yeni iki əsərə müraciət edib.
Bu barədə Hit.az-a açıqlamasında sözügedən teatrın direktor əvəzi Vidadi Məmmədov deyib.
O, üzərində məşqlər gedən “Ezop” və “Varlı ev” tamaşalarının yeni mövsümdə tamaşaçıların ixtiyarına veriləcəyini bildirib:
“Bu mövsümdə 7 yeni tamaşa təqdim etdik. 5 əsərə də pandemiya ərəfəsində quruluş verilmişdi, hansı ki, onların heç biri oynanılmamışdı. Bu mövsümdə onların hər biri yenidən tamaşaçılara təqdim olunub. Teatr iyunun 20-də məzuniyyətə getməyi planlaşdırır”.
Vidadi Məmmədov qarşıdakı aylarda qastrol səfərlərin də olacağını vurğulayıb:
“İyulun 3-də kollektiv “Ocaq” tamaşası ilə Teatr Xadimləri İttifaqında keçirilən teatr festivalında çıxış edəcəyik”.
Azra