MN: "Ermənistan ordusu Kəlbəcərdə mühəndis işləri görən traktoru atəşə tutub"

HƏRBİ
14:43 / 13.06.2023
390

İyunun 13-ü saat 11:10-da Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində mühəndis işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.

Bu barədə HİT.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Atəş nəticəsində xəsarət alan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin atəş nöqtələri susdurulub.

0