Naftalanda 330 minlik yol təmiri

İQTİSADİYYAT
15:45 / 13.06.2023
574

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 1 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi “Construction Business Group” MMC ilə satınalma müqaviləsi imzalayacaq. 

Hit.az xəbər verir ki, maliyyə dəyəri 338.728,26 AZN olan müqavilədə Naftalan şəhəri Qasımbəyli və Qaşaltı Qaraqoyunlu kəndlərində kənddaxili yolların əsaslı təmir işlərinin satın alınması nəzərdə tutulur. 

"Construction Business Group” MMC 26 avqust 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1120 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 3-cü mikrorayon, ev 9, mənzil 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundov Yusif Səfa oğludur.

Şirkət 100 manat nizamnamə kapitalı ilə təsis edilib. Sonradan nizamnamə kapitalı artırılaraq 1120 manata çatdırılıb. Yeri gəlmişkən, Yusif Axundov MMC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. O, bundan əvvəl "Akkord” şirkətində çalışıb. 

"Consturction Business Group” MMC-nin təsisçisi Elmir Babayevdir. 

Mediada gedən məlumatlara görə, Elmir Babayev də bundan əvvəl "Akkord” işləyib. O, şirkətin Biznes İnkişaf Şöbəsinin müdiri olub. Onunla şirkət arasında mübahisə yarandığına görə oradan uzaqlaşıb. Hətta "Akkord”un onu məhkəməyə verdiyi barədə iddialar da var. 

Anar

0