Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirak etməyəcəyini bildirib.
HİT.az xəbər verir ki, Messi bu barədə Çinin "Sports Weekly" nəşrinə danışıb.
"Mən artıq bir dəfə demişdim ki, növbəti dünya çempionatında iştirak etməyəcəm. 2022-ci il turniri mənim sonuncu dünya çempionatım idi", deyə Messi bildirib.
Qeyd edək ki, Messi PSJ-dən ayrıldığını açıqlayıb. Argentinalı ulduz ABŞ-ın "İnter Mayami" klubunda çıxış edəcək.
Samir