Neft hasilatı azaldı, qaz hasilatı artdı: Səbəb nədir?

İQTİSADİYYAT
13:49 / 14.06.2023
551

Azərbaycanda neft hasilatı 8,4 faiz azalıb, qaz hasilatı isə 2,9 faiz artıb.

Sözügedən statistika cari ilin ilk 5 ayında qeydə alınıb. 

Maraqlıdır, belə statistikanın yararmasına təsir edən səbəblər nələrdir?

Bununla bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Azərbaycanda neft hasilatının azalması cari ilin ilk 4 ayında ölkədə ümumdaxili məhsulun artmasının əsas səbəbidir:

328055

"Ümumiyyətlə, enerji və neft sektorunda azalma müşahidə olunur. Bunun da əsas səbəbi neft hasilatının təbii surətdə azalmasıdır. Əslində bu da gözlənilən idi. Azərbaycanda neft hasilatı özünün pik səviyyəsinə 2010-cu illərdə çatıb. Artıq yavaş-yavaş azalmağa doğru gedəcək. Yeni yataqlar kəşf olunmasa bunun qarşısını almaq mümkün olmayacaq".

Ekspert qaz hasilatının artmasından da danışıb:

"Son zamanlar "Şahdəhiz" yatağından xeyli qaz çıxarılıb və bu istismar artacaq. "Abşeron" yatağı isə istismara başlanılacaq. Amma təəssüf ki, bu dövrdə qaz qiymətləri aşağı səviyyədədir. Yəni keçən illə müqayisədə qaz qiymətləri 10 dəfə ucuzlaşıb".

Pərviz

0