Buzovnakı "Alban məbədi" "ömrünün son günlərini" yaşayır - FOTO

ÖLKƏ
16:11 / 14.06.2023
519

Buzovna qəsəbəsində "Alban məbədi" baxımsız vəziyyətə düşüb.

Bu barədə HİT.az-a Abidələrin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov məlumat verib. Sədr bu məsələdə Mədəniyyət Nazirliyini ittiham edib:

“Biz bu monitorinqi AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı kimi keçirmişdik. Monitorinq mayın 28-də Buzovna qayalığında baş tutub. Monitorinq zamanı “Alban məbədi”nin "ömrünün son günlərini" yaşadığını gördük. Bu məbədə nə baxan var, nə də qayğısına qalan”.

Faiq İsmayılov abidənin baxımsız vəziyyətdə olması ilə bağlı heç bir aidiyyatı quruma məlumat vermədiyini də önə çəkib:

“İnsanlar bu abidəyə inanc yeri kimi baxırlar. Şəkildən də göründüyü kimi insanlar abidənin divarlarına əski asır, məhz bu üzdən də iki divar salamat qalıb”.

Azra

0