Kolleclər ali məktəblərin tabeliyinə verilir

ÖLKƏ
22:00 / 14.06.2023
317

Orta ixtisas təhsili müəssisələrinin bir hissəsinin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi prosesi həyata keçirilir.

HİT.az modern.az-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev bildirib.

O, qeyd edib ki, hazırda 29 minə yaxın şəxs peşə təhsili alır. Nazir müavininin sözlərinə görə, Azərbaycandakı peşə təhsil müəssisələrinin infrastrukturu bu sahədə islahat aparmağa imkan vermir:
“Çünki həmin binalarda keçmiş məcburi köçkünlər məskunlaşıblar. Biz bu il Cəlilabadda peşə təhsil müəssisəsini istifadəyə verəcəyik”.

0