Bu şirkətlər ölkədən valyuta çıxarıb

İQTİSADİYYAT
18:55 / 14.06.2023
431

Bakıda 3 şirkət barəsində protokol tərtib edilib.

HİT.az-ın məlumatına görə, "ECO SETT" MMC, "AZGLOBAL INTERNATIONAL" MMC və "AQRAR FRESH GROUP" MMC-nin rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. 

Şirkətlər İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.

Müddəanın tələblərinə əsasən, hər üç şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Protokolara məhkəmələrdə baxılır. İddia təsdiqini taparsa, hər üç şirkət ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.

Aydın

0