“Azəristiliktəchizat” məhkəməyə niyə verilib?

İQTİSADİYYAT
18:26 / 14.06.2023
427

Bakının Xətai rayonu, M. Hadi küçəsi, ev 21 ünvanında fəaliyyət göstərən “Master Milk” MMC “Azəristiliktəchizat” ASC-ni məhkəməyə verib. 

Hit.az-ın məlumatına görə, şirkət “Azəristiliktəchizat”dan maddi ziyanın ödənilməsini tələb edir. 

İşə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, ötən ilin iyul ayında Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakının Xətai rayonu, M. Hadi küçəsi, ev 21 ünvanında fəaliyyət göstərən, “Master Milk” MMC-də ciddi pozuntular aşkar edib. Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Müəssisədə istehsalın dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Aydın

0