“Azprint” MMC barəsində inzibati iş başlanıb.
Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və hakim Gültəkin Əsədovanın icraatına verilib. İyunun 22-nə məhkəmə baxış iclası təyin edilib.
İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində qeyd edilir ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Anar