Rusiya bu ölkədə AES tikəcək

DÜNYA
19:07 / 14.06.2023
606

Rosatom (Rusiya) və Şri-Lankanın hakimiyyət orqanları atom elektrik stansiyasının tikintisi ilə bağlı razılığa gəliblər.

Hit.az xəbər verir ki, bu barədə Şri-Lankanın Rusiyadakı səfiri Canita Liyanage bildirib. O qeyd edib ki, AES-in gücü 300 meqavata (MVt) çata bilər.

"Kommersant" yazır ki, tərəflər bunun üzən atom elektrik stansiyası və ya quru stansiya olacağı barədə hələ razılığa gəlməyiblər.

"Biz adada atom elektrik stansiyası tikmək niyyətindəyik, lakin hələ də bunun üzən elektrik stansiyası, yoxsa quruda yerləşən stansiya olacağı ilə bağlı müzakirələr gedir", deyə Şri-Lankanın Rusiyadakı səfiri Canita Liyanage bildirib.

"Bu, ölkədəki yanacaq böhranını həll etmək üçün yeganə fürsətdir. Biz bunu başa düşürük və bu məsələdə çox sürətlə irəliləyirik, yaxın vaxtlarda tikintiyə başlanılacaq", deyə səfir əlavə edib.

Rusiyanın texniki dəstəyi ilə ilk atom elektrik stansiyasının 2032-ci ilə qədər tikiləcəyi planlaşdırılır.

Samir

0