Ümid Partiyası qurultaya hazırlaşır.
Bu barədə Qaynarinfo-ya partiyanın sədri İqbal Ağazadə bildirib. Sədr partiyanın növbəti qurultayının iyunun 17-də keçiriləcəyini deyib.
Qurultay "Ümid"in qərargahında baş tutacaq.
"Partiyanın sədri vəzifəsinə kimlər namizəddir" sualına İqbal Ağazadə belə cavab verib:
"Bunu qurultay müəyyən edəcək. Bilmirəm hələ mən namizəd olacam, ya yox. Hələ heç bilmək olmaz. Namizəd olmaya da bilərəm".