Hollandiya kral ailəsi kölə ticarətindən 545 milyon avro qazanıb - ARAŞDIRMA

MARAQLI
17:16 / 16.06.2023
574

Hollandiya kral ailəsinin koloniyalardakı köləlik prosesində "əsasən" iştirak etdiyi və kral ailəsinin 1675-1170-ci illər ərzində köləliyin geniş yayıldığı koloniyalardan bugünkü dəyəri ilə 545 milyon avro gəlir əldə etdiyi bildirilib. 

HİT.az xəbər verir ki, bu barədə Niderland parlamentinin sifarişi ilə Daxili İşlər Nazirliyinin Niderland dövlətinin köləlik tarixinə dair araşdırması nəticəsində hazırlanan kitabda yazılır.

“Dövlət və köləlik” adlı kitabda Niderland dövlətinin, kral ailəsinin, şirkətlərin və cəmiyyətin əhəmiyyətli bir hissəsinin öz müstəmləkələrindəki köləlik prosesində “birbaşa”, “şüurlu” və “əsasən” iştirak etdiyi, bu koloniyalardan xeyli gəlir əldə etdikləri vurğulanırır.

Köləliyin təsirlərinin dünyada və Niderlandda hələ də göründüyü deyilən 480 səhifəlik kitabda Hollandiya krallarının müxtəlif yollarla koloniyalardan və qul ticarəti şirkətlərindən gəlir əldə etdiyi bildirilir.

Kitabda indiki Niderland dövlətinin sələfi olan və 1588-1795-ci illərdə hökmranlıq edən Birləşmiş Hollandiya Respublikasının (Republiek der Verenigde Nederlanden) kralları - 3, 4 və 5-ci Villemin koloniyalardan gəlir əldə etdiyi, eləcə də 1602-ci ildə qurulan Hollandiya Şərqi Hindistan Şirkətinin səhmdar olmasa da, koloniyalardan və qul ticarətindən əldə edilən gəlirin 3 faizini Hollandiya krallarına verdiyi qeyd edilib.

Kral ailəsinin 1675-1770-ci illərdə köləliyin geniş yayıldığı koloniyalardan əldə etdiyi gəlirin indiki ekvivalentinin 545 milyon avro olduğu bildirilən kitabda Hollandiyanın Afrika, Cənubi Amerika və Asiya qitəsindəki koloniyalarında geniş şəkildə kölə ticarəti edildiyi qeyd olunur.

Samir

0