“Mətanət-A” şirkəti ilə “MV Group” MMC arasında məhkəmə çəkişməsi davam edir.
Hit.az xəbər verir ki, birinci instansiya məhkəməsinin qərarı “Mətanət-A”nı qane etmədiyinə görə şirkət apellyasiya şikayəti verib.
İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Raqib Qurbanovun icraatındadır.
Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqaviləsi üzrə mübahisələrdən ibarətdir.
“Mətanət-A” şirkəti inşaat sektorunda əsas oyunçulardan biridir. Şirkət inşaat materiallarının istehsalı və satışını həyata keçirir.
“MV Group” MMC də tikinti şirkətidir. Bu şirkət “Şərq Bazarı” kompleksinin bərpa və təmir işlərində subpodratçı şirkət olub. Bazar təhvil verildikdən bir müddət sonra “MV Group” MMC-nin rəhbərliyi mətbuat konfransı keçirərək “Şərq Bazarı” kompleksinin bərpa və təmir işlərində podratçı şirkət olan “6-cı mərtəbə” MMC-ni onlara çatacaq pulu ödəmək istəmədiklərini bildirmişdi.
“6-cı mərtəb” şirkəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşı Atəş Təhməzliyə məxsusdur.
Anar