Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Qazaxıstanın paytaxtı Astanada keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.
“Report”un məlumatına görə, 52 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə belçikalı Amber Ryheulə qalib gəlib.
66 kq-dakı Kəramət Hüseynov eyni raundda ispaniyalı Albert Martinə uduzaraq beşinci yeri tutub.
Qeyd edək ki, digər 6 cüdoçu medal şanslarını əvvəlki mərhələlərdə itirib.