Bir çox ölkələrdə tətbiq olunan moto-taksi Azərbaycanda yeni xidmət növüdür.
Motosikletçilərin sözlərinə görə, bu xidmət növünün geniş yayılmamasının səbəbi xüsusi zolaqların olmaması və yollarda digər nəqliyyat vasitələrin onlara şərait yaratmamasıdır.
Qeyd edək ki, moto-taksilərin xidmət haqqı şəhər daxili 5-6 manat, şəhərdən kənar isə 10 manatdır.
“Gələcəkdə moto-taksilərə lisenziyaların verilməsi barədə danışmaq olar. Hazırda bu real bir mövzu deyil”, - deyə nəqliyyat üzrə ekspert Aslan Əsədov qeyd edib.
Daha ətraf BAKU.TV-nin süjetində: